“Qaynar xətt”ə edilən zənglərin sayı durmadan artır - Vitali Matviyenko
8 Oktyabr 2022 21:43 DünyaRusiya hərbçilərindən təslim olma ilə bağlı "Qaynar xətt"ə edilən zənglərin sayı durmadan artır.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əsirlərin Müalicəsi üzrə Əlaqələndirmə Qərargahının spikeri Vitali Matviyenko bildirib.
Zənglərin artması tendensiyası var. Bu günə olan məlumata görə, 2500-dən çox zəng var. Layihəyə 18 sentyabrdan start verilib. İstər hərbçilər, istərsə də səfərbər ola biləcək şəxslər, onların ailə üzvləri bizə zəng edirlər", - Matviyenko deyib.
O qeyd edib ki, Ukrayna könüllü təslim olmaq istəyən hər bir rus əsgərini qəbul etməyə hazırdır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31