Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

Olaylar.az xəbər verir ki, Ş.Mişel bu barədə Tvitterdə yazıb

O bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək və ölkə prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək:

"Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şövkət Mirziyayevlə danışıqlar aparacağam".

Ş.Mişel qeyd edib ki, AB Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31