Kremldən Krım körpüsünün bərpası ilə bağlı açıqlama

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Krım körpüsünün partlayış nəticəsində zədələnmiş hissələrinin bərpasının nə qədər tez mümkün olacağını söyləmək hələlik çətindir. 

"Yox. Hələlik heç bir proqnoz yoxdur".

Oktyabrın 8-də səhər saatlarında Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq çəninin alışmasına səbəb olduğunu bildirib . MAK-  dan əlavə ediblər ki, körpünün quru hissəsinin üzərindəki tağ zədələnməyib.

İlkin məlumata görə, insident nəticəsində ölən olmayıb.

Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31