Almaniyanın xarici işlər naziri bu ölkəyə sanksiya tətbiq etməyə ÇAĞIRDI

Almaniya və Fransa ölkələri İrana sanksiya tətbiq etməyə çağırıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok danışıb.

"Biz amansız repressiyaya görə məsuliyyət daşıyanlara qarşı əlimizdə olan vasitələrdən istifadə edəcəyik. Bunlar, xüsusən, İranda 550-dən çox struktur, qurum və ya şəxsi əhatə edən mövcud sanksiyalar paketlərinə əlavə olaraq, Fransa ilə birlikdə Avropa səviyyəsində başlatdığımız yeni sanksiyalardır", - Berbok qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31