"Hər ikisi iştirak etməyə razılaşdılar" - G20 sammiti barədə RAZILIQ

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.

Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə "The National" nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb.

Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq.

"Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil", - diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31