"Ona cavab verməliydim?" - Rəcəb Tayyib Ərdoğan

Olaylar.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyada şam yeməyi zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə mübahisə yaşanması ilə bağlı xəbərə aydınlıq gətirib.

Türkiyə lideri  yunanıstanlı nazirlə belə bir halın yaşandığı barədə iddiaları təsdiqləyib:

"O, protokol qaydalarını bilməyən adamdır. Onun çıxışı proqramda olmayıb. Mən əsas çıxış edənlərdən biri idim, çıxışımı etdim, yerimə keçdim. O da kimdən icazə aldı, bilmirəm, yerindən qalxıb mənə cavab verməyə çalışdı. Ona cavab verməliydim? Məgər Türkiyə Cümhuriyyətinin prezidenti belə səviyyəyə düşər?". 

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31