Fransa Nazirlər Kabineti: "Nüvə təhlükəsinə görə Rusiya ilə diplomatik əlaqələri saxlayırıq" ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa hökumət sözçüsü Olivye Veran bildirib ki, Fransa nüvə fəlakəti ssenarisinin qarşısını almaq üçün Rusiya ilə diplomatik kanalları saxlamağa davam edir. "Fransa, Qərbi Avropa son dərəcə ayıqdır və hadisələrin nüvə fəlakəti ssenarisi üzrə inkişafının qarşısını almaq üçün diplomatik vasitələr də daxil olmaqla, bütün vasitələrdən istifadə edir". Nazirlər Kabinetinin nümayəndəsi onu da əlavə edib ki, Fransa əvvəllər Rusiya Federasiyasından təhdidlər eşidib, lakin nüvə fəlakətinin qarşısını almaq üçün əlaqələrin davam etdirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31