Himalay dağlarında 19 alpinist həlak olub

"Oktyabrın 1-də Hindistanın Himalay dağlarında baş vermiş güclü qar uçqunu nəticəsində itkin düşmüş alpinistlərin axtarışı davam etdirilir. Bu günə qədər 19 alpinistin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib".

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Eadaily"-nin məlumatına görə, bu açıqlama ilə Hindistanın Fövqəladə Hallar Agentliyinin sözçüsü Ridhim Aqqarval çıxış edib.

O bildirib ki, xilasetmə işləri gün ərzində davam etdirilir, ləngimələr isə hava şəraitinə görədir.

R.Aqqarval əlavə edib ki, axtarışlar nəticəsində 32 nəfər xilas edilərək dağdan təxliyə edilib.

Qeyd edək ki, qar uçqunu Himalay dağlarında 4 880 metr yüksəklikdə baş verib. Hadisə vaxtı orada 40 nəfərdən ibarət alpinist qrupu olub, onlardan yeddisi dırmanma üzrə təlimatçı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31