Rusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri uzadılıb ÖZƏL
7 Oktyabr 2022 10:51 DünyaRusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında müvəqqəti uçuş məhdudiyyətləri rejimi oktyabrın 16-dək uzadılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyindən məlumat verilib.
Məhdudiyyətlər Anapa, Bryansk, Belqorod, Voronej, Gelendjik, Kursk, Krasnodar, Rostov-na-Donu, Lipetsk, Simferopol və Elista hava limanlarına uçuşlara şamil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31