Bu ölkədə qiymət artımı qadağan edildi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko hökumətlə görüşdən sonra ölkədə istənilən qiymət artımına qadağa qoyulması barədə göstəriş verib. "Oktyabrın 6-dan hər hansı qiymət artımı qadağandır. Bu gündən. Sabahdan yox, bu gündən" 

İstisnalar yalnız fərdi qaydada edilə bilər və onlar nazirlər və ya rayon icraiyyə komitələrinin sədrləri tərəfindən qəbul edilməlidir. Pozuntuya görə  Baş Prokurorluq və Dövlət Nəzarəti Komitəsi məsuliyyət daşıyacaq. 

Rusiya Belarusa  yarım milyard dollar kredit verəcək. Vəsait idxalı əvəz edən layihələrin həyata keçirilməsinə və müvafiq sənaye sahələrinin inkişafına sərf olunacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31