Məktəbli qız hərbi komissarlığı yandırmaq istədi

Rusiyada, Kazan şəhərinin Sovet məhkəməsi hərbi komissarlığı yandırmağa cəhd edən 11-ci sinifdə oxuyan qızı dekabrın 3-dək ev dustağı edib.

Olaylar.Az Milli.az-a istinadən bildirir ki, bu barədə "Realnoe Vremya" məlumat yayıb.

Qərar "Qvardeyski" polis idarəsinin müstəntiqinin sorğusu əsasında qəbul edilib. Təqsirləndirilən şəxsin vəkili ev dustaqlığına etiraz etməyib.

Yetkinlik yaşına çatmayan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmələr bağlı qapılar arxasında keçirilib. Şagird əli qandallı məhkəməyə aparılıb. O, həbs olunduqdan sonra iki günü müvəqqəti saxlama təcridxanasında keçirib.

Təqsirləndirilən şəxs 121 saylı liseydə oxuyur. O, başqasının əmlakını ümumi təhlükəli şəkildə qəsdən məhv etməyə cəhddə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31