Yunanıstan sahillərində miqrantları daşıyan gəmi batdı: Çox sayda insan həlak oldu
6 Oktyabr 2022 10:28 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, Yunanıstanın Lesbos adasının sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb.Bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.Gəmidə 40-a yaxın adam olub. Bildirilir ki, 5 nəfər xilas edilib. 20 nəfərin taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31