"Artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb" - Sergey Hayday
5 Oktyabr 2022 20:31 DünyaLuqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.
Olaylar.az bildirir ki, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.
"Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar", - Hayday bildirib.
O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31