Uğur Pektaş yenidən ekranlara qayıdır
5 Oktyabr 2022 20:10 DünyaTürkiyəli aktyor Uğur Pektaş uzun aradan sonra ekranlara qayıdır.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, aktyor "Teşkilat-ı Mahsusa Trablus" adlı serialda rol alacaq. "TRT Digital"da yayımlanacaq ekran işinin çəkilişləri Türkiyə, Tunis və Əlcəzairdə aparılacaq.
Qeyd edək ki, Uğur 2006-2016-cı illərdə "Arka Sokaklar" serialında canlandırdığı Murat Ateş obrazı ilə məşhurlaşıb. Ekran işindən sonra yalnız "Survivor" layihəsində görünüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31