"Yoluxma halları artacaq!" - ÜST

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağı gözlənilir. Amma peyvənd və terapevtik vasitələrimiz var.

Olaylar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, COVİD-19-un Omikron ştammı qlobal miqyasda dominant versiya olaraq qalır:

"Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00