Aİ sanksiyalara əməl etməyən ölkələrə cəza tətbiq edəcək
5 Oktyabr 2022 13:39 DünyaOlaylar.az xəbər verir ki, Aİ, anti-Rusiya sanksiyalarının səkkizinci paketinin bir hissəsi olaraq, məhdudiyyətlərdən yayınma cəhdlərinin cəzalandırılması üçün yeni meyarlar təqdim edəcək.
Daha əvvəl Çexiyanın nümayəndəsi Edita Hrda bildirmişdi ki , Aİ-nin daimi nümayəndələri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Onun sözlərinə görə, yeni sanksiyalara müəyyən növ polad məhsulları, plastik və kimyəvi maddələrin qadağan edilməsi daxildir.
Hüquq, İT və mühəndislik xidmətlərinin göstərilməsi də məhdudiyyətlərə aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31