Rusiya Avstriya ilə razılığa gəlib
5 Oktyabr 2022 11:12 DünyaOlaylar. Az xəbər verir ki, Rusiyanın "Qazprom" şirkəti İtaliyadan olan müştərilərlə Rusiya qazının Avstriya ərazisindən tədarükünə dair razılığa gəlib . Bu barədə Rusiya holdinqinin Telegram kanalında məlumat verilib.
"Avstriya operatoru Rusiya qazının Avstriya ərazisindən nəqlini bərpa etməyə imkan verən "Qazprom Export" şirkətinin nəqliyyat nominasiyalarını təsdiqləməyə hazır olduğunu açıqlayıb".
Bundan əvvəl İtaliyanın Eni şirkətinin baş direktoru Klaudio Deskalzi bildirmişdi ki, Rusiya qazının Avstriya vasitəsilə İtaliyaya nəqli həftənin sonuna kimi qurula bilər.
Oktyabrın 3-də Bloomberg Eni, Qazprom və Avstriya qaz operatoru arasında Rusiya yanacağının İtaliyaya tədarükünün bərpası məsələsində qarşılıqlı əlaqə haqqında məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31