Putin Rusiyaya yeni ərazilərin birləşdirilməsi haqqında qanun imzalayıb - ÖZƏL
5 Oktyabr 2022 11:13 DünyaRusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), habelə Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə birləşdirilməsi haqqında federal konstitusiya qanununu imzalayıb.
Olaylar.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Qanuna görə, bölgələrin sakinləri Rusiya Federasiyasına qəbul olduqları gündən Rusiya vətəndaşı kimi tanınırlar. Onlara Rusiya vətəndaşlığından çıxmağa müraciət etmək üçün bir ay vaxt verilir. Bu halda, vətəndaşlığın əldə edilməsi ərizənin təqdim edilməsi və Rusiya Federasiyası vətəndaşının and içməsi şərtilə mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31