"Almaniya və Polşanın təklifi əxlaqsızlıqdır"- Rusiya XİN

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya və Polşanın Rusiya Federasiyasından Ukraynayatəzminat ödəməsini tələbinin ədəbsiz və əxlaqsız olduğunu bildirib. O, bu barədə Sputnikradiostansiyasının efirində bildirib .

"Polşa və Almaniyanın birgə media tədbirində Rusiyadan hər hansı bir tarixi dövr üçün bir növ təzminat tələb edərək belə bəyanatlar verməsi nalayiq, ədəbsiz və tamamilə əxlaqsızlıqdır. Bunu etmək nə Polşanın, nə də Almaniyanın işi deyil".

Diplomat nasist Almaniyasının Rusiyaya nə qədər kədər gətirdiyini və II Dünya Müharibəsindən sonra SSRİ-nin Polşanın bərpasına nə qədər pul qoyduğunu xatırladıb.

Mariya Zaxarova həmçinin bildirib ki, sahibkar İlon Maskın Ukraynada sülh yolu ilə nizamlanmasına dair təklifləri Qərbdə ictimai müzakirələrin bir hissəsidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31