Ancelina Coli Pittə qarşı məişət zorakılığı iddiası qaldırıb - ÖZƏL
5 Oktyabr 2022 10:42 DünyaHollivud aktrisası Ancelina Coli keçmiş əri aktyor Bred Pittə qarşı məişət zorakılığı iddiası qaldırıb.
Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Aktrisa 2016-cı ilin sentyabrında şəxsi təyyarəsində baş verən hadisədən danışıb. Colinin dediyinə görə, ailə altı uşaqla birlikdə Fransadan Kaliforniyaya uçarkən, münaqişə yaranıb. Bu zaman Pitt uşaqlardan birini boğmağa çalışıb və digərinin üzünə vurub, arvadının da başından tutaraq silkələyib.
Bundan əlavə, aktyor söyüşlər söyüb və hətta təyyarənin tavanını yumruqlayıb.
Qeyd edək ki, Pitt də öz növbəsində bütün bunları təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31