Binəli Yıldırım koronavirusa yoluxdu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırımın COVİD-19 testi müsbət çıxıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəli Yıldırım bu haqda sosial media hesabından açıqlama verib:

"Düzce proqramımız zamanı inkişaf edən simptomlar nəticəsində etdiyim COVİD-19 test nəticəsi müsbət oldu. Vəziyyətim yaxşıdır, şükür. İnşallah həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm. Dua gözləyər, dua edərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31