Rusiya Estoniya və Latviya ilə sərhəddə məntəqələr yaradır - ÖZƏL

Rusiya Avropa İttifaqı ölkələri Estoniya və Latviya ilə sərhəddə yerləşən Pskov vilayətində mobil çağırış məntəqələri yaradır.
Olaylar.az xəbər verir ki, bunu vilayətin qubernatoru Mixail Vedernikov deyib.
Onun sözlərinə görə, Aİ ilə sərhəddə böyük izdiham var: "Çağırış yaşında olan şəxslər, həmçinin müəyyən olunmuş normadan artıq valyutanı və qadağan olunmuş malları ölkədən çıxarmağa çalışan şəxslər sərhədi keçməyə çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31