Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
4 Oktyabr 2022 11:00 DünyaUkrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib.Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib.Qeyd olunub ki, son sutka ərzində Rusiya ordusunun 2 silah anbarı, 2 idarəetmə məntəqəsi dağıdılıb.
Həmçinin qarşı tərəfin 3 dayaq məntəqəsi sıradan çıxarılıb, 3 zenit-raket kompleksi vurulub: "Bundan başqa, ötən gecə düşmənin 2 PUA-sı məhv edilib".
Baş Qərargahdan bildirilib ki, Rusiya Silahlı Qüvvələri ələ keçirdiyi əraziləri nəzarətində saxlamağa çalışır: "Təmas xətti boyunca mövqelərimiz atəşə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31