“Kupyanskdakı xəstəxana raket hücumuna məruz qalıb” - FOTO

"Rusiya qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərindəki xəstəxanaya raket hücumu təşkil edib".

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo açıqlama verib.

Sinequbo sosial media hesabından verdiyi açıqlamada hücum zamanı bir anestezioloqun öldüyünü, tibb bacısının isə yaralandığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisə ilə bağlı instaqram hesabından paylaşım edib:

"Düşmən amansızcasına terror etməkdə davam edir. Bununla belə, hər bir işğalçı birmənalı şəkildə xatırlamalıdır: şəhərlərimizə və insanlarımıza hücuma görə qisas qaçılmazdır. İrqçilərin qiyaməti mütləq gələcək".

Посмотреть эту публикацию в Instagram

Публикация от Володимир Зеленський (@zelenskiy_official)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31