Türkiyənin Ankara şəhərində əyləncə mərkəzlərinin birində musiqiçi Onur Şener qətlə yetirilib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb musiqiçinin müştərilərin istədiyi mahnını bilməməsi olub. Nəticədə 3 nəfər onu ağır yaralayıb. Onur çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31