Bu smartfonlarda WhatsApp həmişəlik ləğv ediləcək

Oktyabrın 24-də WhatsApp mobil proqramı köhnəlmiş smartfonlarda deaktiv ediləcək.

Olaylar.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Tətbiq 2012-ci ilin sentyabrında buraxılmış iPhone 5 və iPhone 5C smartfonları tərəfindən istifadə oluna bilməyəcək. Modellərin istehsalı müvafiq olaraq 2013-cü ilin payızında və 2015-ci ilin sentyabrında dayandırılıb. İstifadəçi xidmətdən istifadəni davam etdirmək üçün daha müasir cihaz almalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31