Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir - ÖZƏL
3 Oktyabr 2022 12:14 DünyaAvropa İttifaqının bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif olunur.
Olaylar.az xəbər verir ki, sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib.
Qeyd edək ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31