Soçidə bir qrup turist səfər zamanı yoxa çıxıb - ÖZƏL
3 Oktyabr 2022 11:47 DünyaSoçidə gəzinti zamanı üç uşaq da daxil olmaqla bir qrup turist yoxa çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Axtarış və Xilasetmə dəstəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün saat 05:40-da bir qadın Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsinə zəng edərək bildirib ki, oktyabrın 1-də əri, dostu və üç övladı Azhek silsiləsi ərazisinə gəzintiyə çıxıblar", - məlumatda deyilir.
Turistlər oktyabrın 2-3-də evlərinə qayıtmalı idilər, lakin indiyədək onlarla əlaqə saxlanılmayıb. Eyni zamanda, gecə saatlarında ərazidə güclü yağış yağdığı, xilasedicilərin növbətçi dəstəsinin axtarışlara çıxdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31