Finlandiya Xarici İşlər Nazirliyi: Bir çox ölkələr Rusiyanın yeni xəritəsini tanımayacaq

Olaylar.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Rusiyanın Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Zaporojye və Xerson vilayətləri ilə birləşdikdən sonra təsdiqlənən yeni sərhədlərini bir çox ölkə tanımayacaq.

"Düşünürəm ki, bir çox ölkələr referendum yolu ilə sərhədlərin dəyişdirilməsinin düzgün addım olduğu ilə razılaşa bilməz". 

Onun sözlərinə görə, sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşlər zamanı bir çox ölkədən olan həmkarları "yalançı referendum"dan sonra Rusiyanın sərhədlərinin dəyişdirilməsindən narahat olduqlarını bildiriblər. O vurğulayıb ki, xəritədə "sərhədlərinə bu və ya digər şəkildə etiraz edilə bilən çoxlu yerlər var. Qarşıdan gələn dəyişikliklər "nəhəng qarışıqlığa" səbəb ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31