"NATO standartlarına uyğun mürəkkəb silahları mənimsəmişik” - Reznikov

Ukrayna ordusu son 8 ildə NATO-nun 300-dən çox standartını mənimsəyib.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov telemarafonun efirində Ukraynanın sürətləndirilmiş prosedura əsasən NATO-ya üzv olmaq ərizəsini şərh edərkən deyib.

"Artıq son 8 il ərzində Silahlı Qüvvələrimiz və təhlükəsizlik və müdafiə sektorunun qüvvələri tərəfindən NATO-nun 300-dən çox standartı mənimsənilib. Faktiki olaraq 2014-cü ildə Rusiya ilə müharibə başlayandan. Bu müharibənin açıq mərhələsinin yarım ayı ərzində biz NATO standartlarına uyğun müxtəlif və çox mürəkkəb silahları mənimsəmişik", - Reznikov vurğulayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31