"Vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik" - Rəcəb Tayyib Ərdoğan

Ankaraya verdikləri vədləri yerinə yetirməyənə qədər Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyəcək.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər prinsipial mövqeyimizi dəyişməyəcəyik. Biz İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik", - Ərdoğan qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31