Rusiya Krasnıy Limandan GERİ ÇƏKİLDİ
1 Oktyabr 2022 18:52 DünyaRusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilib.
Olaylar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qoşunlar "daha sərfəli xətlərə" çəkilib.
"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edək ki, Krasnıy Liman Kramatorsk aqlomerasiyasının bir hissəsi olan əsas dəmir yolu qovşağıdır.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31