"Bu Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır" - Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna əraziləri ilə bağlı qərarını pisləyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, Emmanuel Makron deyib: "Mən Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojiye və Xerson vilayətlərinin qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm. Bu həm beynəlxalq hüququn, həm də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31