Ukraynaya 12,4 milyard dollar əlavə yardımın ayırmağı TƏSDİQLƏNDİ
30 Sentyabr 2022 22:02 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirilməsi barədə qanun layihəsini təsdiqləyib.
Olaylar.az bildirir ki, iclas Amerika qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.
Məlumata əsasən, qanun layihəsində Ukraynaya 12,4 milyard dollar əlavə yardım da göstərilib.
Qeyd edək ki, sentyabrın 29-da bu təşəbbüsü Konqres Senatı təsdiqləyib, indi isə onu ABŞ prezidenti Co Bayden imzalamalıdır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31