Məşhur aktyor ilk romanını YAZDI - FOTO
30 Sentyabr 2022 20:10 DünyaAmerikalı aktyor, prodüser, rejissor və ssenarist Tom Henks ilk romanını yazıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, ulduzun "The Making of Another Major Motion Picture Masterpiece" ("Növbəti böyük kino şedevrinin yaradılması") adlanan romanı 2023-cü ildə işıq üzü görəcək.
"Bu kitabdakı hər bir personaj film çəkərkən, bir fəlsəfə kəşf edərkən və ya (hadisələrdən) vacib dərs alarkən yaşadığım nəyisə həyata keçirdir", - deyə aktyor bildirib.
Roman personajların ABŞ-dakı həyatının bir neçə dövrünü (1947, 1970 və indiki) təsvir edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31