Bu hava limanı “açıq səma” rejiminə keçir
30 Sentyabr 2022 15:25 DünyaOlaylar.az xəbər verir ki, Oktyabrın 1-dən Kalininqradın Xrabrovo hava limanında iki il müddətinə "açıq səma" rejimi tətbiq ediləcək. Rejim xarici hava yollarına üçüncü, dördüncü, beşinci və yeddinci "hava azadlığı"ndan istifadə edərək şəhərə-şəhərdən uçuşlara icazə verəcək. Rusiya Federasiyasının aviasiya hakimiyyət orqanları Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovun müraciəti ilə əlaqədar Kalininqradla hava hərəkətini "liberallaşdırmaq" qərarına gəliblər. Federal Hava Nəqliyyatı Agentliyində qeyd edilib ki, yeni imkanlar bu hava limanına regiondan uçuşların coğrafiyasını genişləndirməyə və yeni aviadaşıyıcıları cəlb etməyə imkan verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31