Bill Qeyts dünya ölkələrini Rusiyadan gələn enerji daşıyıcılarından imtina etməyə çağırıb
30 Sentyabr 2022 14:27 DünyaOlaylar.az xəbər verir ki, Milyarder və "Microsoft"un həmtəsisçisi Bill Qeyts "yaşıl" enerji tərəfdarlarını tənqid edib. Qlobal iqtisadiyyatı xilas etmək və Rusiya enerjisindən imtina etmək üçün enerji istehsalının "çirkli" növlərindən istifadənin zəruriliyini bəyan edib. Onun proqnozuna görə, 10 ildən sonra dünya Rusiyadan yanacaq tədarükündən imtina edə biləcək. Qeyts bildirib ki, bu illər inkişaf etmiş ölkələrin iqtisadiyyatına minimal ziyanla yaşamaq lazımdır. Xeyriyyəçi Avropada kömürlə işləyən elektrik stansiyalarının yenidən açılmasına və yeni qaz yataqlarının kəşfinə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31