Kreml: "Kiyev danışıqlar yolundan çıxıb, xüsusi əməliyyat davam edir"
30 Sentyabr 2022 13:56 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukrayna hakimiyyəti Rusiya tərəfi ilə hər hansı danışıqlar aparmaq istəmədiklərini dəfələrlə açıq şəkildə bəyan ediblər. Onun sözlərinə görə, belə bir şəraitdə Rusiya Federasiyası xüsusi hərbi əməliyyatın davam etdirilməsinə diqqət yetirir.Peskov Rusiyanın tələblərinin dəyişməz qaldığını vurğulayaraq, "Ukrayna tərəfinin danışıqlar yolundan tamamilə ayrıldığına" işarə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31