Xerson sakinləri yaxın üç ildə Rusiya pasportları alacaqlar
30 Sentyabr 2022 13:03 DünyaXerson vilayətinin bütün sakinləri yaxın üç ildə Rusiya pasportu alacaqlar.
Olaylar.az xəbər verir ki, bu barədə regionun hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov məlumat verib.
"Düşünürəm ki, bu üç il ərzində, bəlkə də daha əvvəl baş verəcək. Pasport olmadan bank hesabı açmaq mümkün deyil, sosial dəstək üçün pasport almaq vacibdir" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31