"Belarus hərbçiləri Ukraynadakı münaqişədə iştirak etməyəcək"- LUKAŞENKO

Olaylar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki,Belarusun  Rusiyaya sədaqəti dəyişməzdir. "Biz Rusiyamızla birlikdə olmuşuq, varıq və olacağıq. Bizim Rusiya ilə NATO blokundan daha sıx müttəfiqliyimiz var", - deyə Belarus lideri bildirib. Eyni zamanda o, Belarus hərbçilərinin Ukraynadakı münaqişədə iştirak etməyəcəyini vurğulayıb və məsələnin sülh yolu ilə həllinə çağırıb."Biz, belarusların, qınamağa heç bir şeyi yoxdur. Biz Ukrayna ilə münaqişəyə başlamadıq.Onlar, Qərb dövlətləri və Amerikadan əvvəl bizim təyyarələrimizin uçuşu üçün səmanı bağladılar və Belarusun iqtisadi blokadasını elan etdilər".

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31