Ukrayna Silahlı Qüvvələrinin avtomobil karvanını vurması nəticəsində 20-dən çox adam ölüb

Ukrayna hərbçilərinin Zaporojye vilayətinin azad edilmiş hissəsində çıxışda dayanan mülki avtomobil kolonnasına endirdiyi zərbə nəticəsində 23 nəfər həlak olub, daha 34 nəfər yaralanıb. Olaylar.az xəbər verir ki, bu barədə Vladimir Roqov məlumat verib.
O, bildirib ki, əhalinin kütləvi şəkildə Zaporojye vilayətinin azad edilmiş hissəsinə getdiyini görən ukraynalı silahlılar Orexovskaya şossesində bazarın yaxınlığında növbəyə duran onlarla mülki avtomobil karvanını vurublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31