Lavrov: "Heç bir postsovet dövləti ABŞ-ın müdaxiləsindən sığortalanmayıb"

Olaylar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, postsovet məkanının heç bir dövləti ABŞ-ın müdaxiləsindən "sığortalanmayıb". Bu barədə RİA Novosti məlumat yayıb. Diplomatın fikrincə, ABŞ başda olmaqla kollektiv Qərb postsovet məkanını parçalamağa və MDB ölkələri arasında  dava salmağa çalışır. "Sirr deyil ki, "parçala və hökm sür" fəlsəfəsi Qərb tərəfindən keçmiş Sovet İttifaqı dövlətlərinə münasibətdə fəal şəkildə tətbiq olunur", - deyə nazir bildirib. Lavrov bunun bariz nümunəsi kimi  Ukraynada "Anti-Rusiya" hərəkatının yaradılmasını göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31