Mədəsindən 63 qaşıq çıxdı
30 Sentyabr 2022 11:03 DünyaHindistanda həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub.
hindistanlı iki saat davam edən təcili əməliyyata alınıb.
"35 illik karyeramda belə hala rast gəlməmişəm", - proseduru həyata keçirən cərrah etiraf edib.
Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan müalicə aldığını bildiriblər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31