"Siz bilirsiniz, kim sizi müharibəyə göndərir" - Zelenski - VİDEO

Ukrayna Prezidenti Ukraynaya qarşı müharibəyə çağırılan ruslara, eləcə də Rusiyanın digər yerli xalqlarının nümayəndələrinə çağırış edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Ukrayna lideri dağıstanlıların bu biabırçı müharibədə ölməməsi gərəkdiyini bildirib.

"Çeçen, inquş, osetin, çərkəz və digər Rusiya bayrağı altında yaşayan xalqlar... Demək olar ki, 200-ə yaxın xalq... Siz bilirsiniz, kim sizi müharibəyə göndərir. Sizi göndərən, sizi "Yük 200" (ölən hərbçilərin daşınmasına aid edilən kod) etmək istəyir", - deyə Zelenski bildirib.

Zelenski çıxışına dağlı xalqlarının əfsanəvi lideri Şeyx Şamilin xatirə lövhəsi önündə, onun xatirəsini yad etməklə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31