Qazaxıstan Prezidenti təhlükəsizlik tədbirlərini gücləndirməyi TAPŞIRDI
29 Sentyabr 2022 19:56 DünyaQazaxıstan Prezidenti Qasım-Jomart Tokayev rusiyalıların ölkəyə kütləvi gəlişi fonunda daxili işlər orqanlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxili işlər naziri Marat Əhmədjanov Tokayevlə görüşü zamanı situasiya ilə bağlı görülən işlər barədə məlumat verib.
Nazir ölkədə kriminogen durumun stabil olduğunu bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31