“Hamımız öləcəyik” - Təyyarədə qışqırıq səsləri...

"American Airlines"a məxsus təyyarə reysdə olan qadınlardan birinin isterikası səbəbindən məcburi eniş edib.

Olaylar.az bildirir ki, hadisə Mayamidən Los-Ancelesə uçarkən baş verib. Belə ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərdən biri qəfil özünü aqressiv aparmağa başlayıb - qadın əvvəlcə stüardessaları söyüb, sonra isə yüksək səslə "Hamımız öləcəyik!", "Tövbə edin!" qışqırıb.

Davaçının yaratdığı kütləvi çaxnaşma uçuşu pozub - göyərtəsindəki iğtişaşlar səbəbindən təyyarənin kapitanı Texasın El Paso hava limanına enmək qərarına gəlib. Eniş etdikdən sonra qeyri-adekvat sərnişin polis tərəfindən saxlanılıb. Hava limanının fövqəladə hallar xidmətləri bortu yoxlayıb və uçuşu davam etdirməyə icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31