Paşinyan müttəfiqlərini silah tədarükü ilə bağlı şərtləri yerinə yetirməməkdə ittiham edib
29 Sentyabr 2022 13:36 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silahlı qüvvələrində islahatlar aparmağa çalışdığını bildirib. Ancaq ordunun silahla təmin olunmasında problemlər yaranıb. Paşinyan bəzi müttəfiqlərin İrəvanı aldıqları silahlarla təmin etmədiyinə diqqət çəkib. Eyni zamanda hərbi sifarişlər haqqında olan razılaşmaları yerinə yetirməyən ölkələrin olduğunu bildirib. Baş nazir açıqlamasında həmin ölkələrin adını çəkməyib. Onun sözlərinə görə, Ermənistanda Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə start verilib. "Təəssüf ki, Azərbaycan bizim müttəfiqlərimizlə münasibətlərdə də müəyyən uğur qazanırlar və Ermənistana silah və silah verilməsinin qarşısını almağa çalışırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31