Cənubi Koreya Rusiyanı qarşısına alır
29 Sentyabr 2022 12:21 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Koreya Çexiya ərazisindən tranzit yolu ilə Ukraynaya 75 milyard kron (təxminən 2,9 milyard dollar) dəyərində silah tədarük edəcək. Bu barədə "Mladá fronta DNES" qəzetinin internet saytında yer alan məlumatda deyilir. Silahlar arasında "Chiron" zenit-raket kompleksləri və döyüş sursatları yer alacaq. Silahların Çexiya silah şirkətlərindən birinin ünvanına gedəcəyi, daha sonra hədiyyə olaraq Ukraynaya göndəriləcəyi qeyd edilir. Qeyd olunur ki, Seulun rəsmi mövqeyinə görə Cənubi Koreyanın silahları birbaşa Ukraynaya göndərməsi mümkünsüzdür. Bi neçə ay öncə Cənubi Koreya Ukraynanın böyük marağına baxmayaraq, müharibə bölgəsinə silah tədarük etməyəcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31