Braziliyada körpü uçub, ölən və yaralananlar var

Braziliyada körpünün uçması nəticəsində 3 nəfər ölüb. 

Olaylar.az xəbər verir ki, bu barədə Globo portalı məlumat yayıb.
Hadisə Amazonas ştatında, Manausdan 102 km aralıda, Kareyroda BR-319 magistralının 25-ci km-də baş verib. Hadisə zamanı körpünün üzərində maşınlar olub. 

Uçqun nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Bundan əlavə, 15-ə qədər insan itkin düşüb. Ölənlər iki kişi və bir qadındır.

Dalğıclar itkin düşənlərin axtarışı ilə məşğuldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31