Dünya Bankı Ukraynaya 11 milyard dollar maliyyə yardımı edib
29 Sentyabr 2022 11:40 DünyaDünya Bankının Ukraynaya təcili yardım üçün ayırdığı 13 milyard ABŞ dollarının 11 milyardı rəsmi Kiyevə çatdırılıb.
Olaylar.az xəbər verir ki, bunu Dünya Bankının prezidenti Devid Melpas Stenford Universitetində (Kaliforniya) çıxışı zamanı deyib.
"Dünya Bankı ikitərəfli layihələr və tərəfdaşları sayəsində Ukraynaya ümumilikdə 13 milyard dollar məbləğində təcili maliyyə yardımı ayırıb. Eyni zamanda, layihələrimiz və trast fondlarımız vasitəsilə artıq 11 milyard dollar bölüşdürülüb", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31